QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakıda NATO nümayəndəsi ilə cəbhədəki son hadisələr müzakirə olunub

© Sputnik / STRAzərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüş keçirilib

BAKI, 15 apr — Sputnik. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri cənab Vilyam Lahu üçün "Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri"nə dair brifinq verilib.

Cəbhə bölgəsindəki kəndlərdən biri - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan ordusu Ermənistanın mövqelərinə 118 cavab zərbəsi endirib

Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, brifinqdə erməni bölmələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan aramsız atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş ziyan, eləcə də mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar təqdim edilib.

Əlavə olaraq, Ermənistan tərəfindən törədilmiş təxribatların qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri haqqında məlumat verilib. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində hərbi qulluqçularımızın erməni əhalisinə qarşı guya aqressiv hərəkətləri barədə erməni tərəfinin yaydığı dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub. Sonda cənab Vilyam Lahunun sualları cavablandırılıb.

Xəbər lenti
0