Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada "Müsəlman mədəniyyəti günləri" keçiriləcək

© Sputnik / Aleksey KudenkoSankt-Peterburq
Sankt-Peterburq - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Müftilər Şurası: "Sankt-Peterburqun 300 illik tarixində islama belə yaxından maraq göstərilməyib"

BAKI, 13 apr — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhəri tarixində ilk dəfə beynəlxalq "Müsəlman mədəniyyəti günləri" keçiriləcək. Sputnik Ria-ya istinadən xəbər verir ki, tədbir aprelin 27-dən mayın 6-dək davam edəcək.

"Sankt-Peterburqun 300 illik tarixində islama belə yaxından maraq göstərilməyib", — deyə Rusiya Müftilər Şurasının saytında vurğulanıb.

Tədbir Rusiya Müsəlmanları Ruhani İdarəsi, Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Elmlər Akademiyası, Moskva İslam İnstitutu və İranın "Əl-Mustafa" Beynəlxaq Universiteti tərəfindən təşkil edilir. Aksiyanı Rusiya Təhsil Nazirliyi və Rusiya Dinlərarası Şura dəstəkləyir.

Tədbirdə bir sıra sərgilər, konfarnslar Quran qiraəti müsabiqəsi keçiriləcək. Bundan başqa, iranlı rejissor Məcid Məcidinin "Məhəmməd Allahın elçisidir" filmi də nümayiş etdiriləcək.

Xəbər lenti
0