BAKI, 12 apr — Sputnik. Sankt-Peterburq hərbi hospitalında tibb bacılarını öldürməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhərin güc strukturlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, adam öldürməkdə şübhəli bilinən rayon hərbi hospitalının psixiatriya şöbəsinin pasientləri saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
İstintaq araşdırmalarına görə, çərşənbə axşamına keçən gecə psixiatriya şöbəsində müalicə alan üç xəstə iki tibb bacısını öldürərək gizlənib. Tibb bacılarının öldürülməsinə görə 3 hərbi qulluqçu — David Ziqanşin, Milli Qvardiyada müqaviləylə çalışan Aleksandr Tomski və Hərbi-Kosmik Akademiyanın kursantı Stepan Dotsenko barəsində axtarış elan edilib.
İki şübhəli şəxsə daha əvvəl "nevrotik reaksiya" və "nevrotik vəziyyət", üçüncüsünə isə "psixopatiya" diaqnozları qoyulubmuş.