QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycandan Yunanıstan və Latviyaya etiraz

© Photo : APAHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: "11 aprel tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə edilən qanunsuz səfəri qərəzli və təhrikçi yanaşma kimi qiymətləndiririk"

BAKI, 12 apr — Sputnik. "Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya Parlamentinin üzvü Serqeys Potapkinsin beynəlxalq hüquqa zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalması, Ermənistan silahlı qüvvələrinin son təxribatları və mülki insanlar arasında ölüm və yaralanma halları ilə nəticələnərək qoşunların təmas xətti boyunca yaşayan Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutması və törətdiyi digər müharibə cinayətlərinə göz yumaraq 11 aprel tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçi yanaşma kimi qiymətləndiririk".

Azərbaycan XİN - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan XİN əcnəbi jurnalistlərə xəbərdarlıq etdi

Sputnik xəbər verir ki, bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib. O qeyd edib ki, Yunanıstan və Latviyanın Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinə dair mövqeyinə və ölkələrimizin qanunverici orqanları arasında olan əməkdaşlığın ruhuna zidd olaraq bu kimi birtərəfli addımın atılması Ermənistanın təxribatçı əməllərinin təşviqinə və onsuz da ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir: "Ölkələrimiz arasında mövcud olan dostluq və qarşılıqlı anlaşmadan çıxış edərək, sözügedən məsələ ilə əlaqədar Latviya və Yunanıstandakı səfirliklərimiz Azərbaycanın narahatlığını Latviya və Yunanıstanın aidiyyəti dövlət orqanlarına çatdıracaq".

Xəbər lenti
0