QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bəy kostyumu geyməyə hazırlaşırdı, bayrağa bürünmək qismət oldu...

© Sputnik / Ilham MUSTAFAŞəhid gizir Teymur Qasımovun dəfn mərasimi
Şəhid gizir Teymur Qasımovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 14-də nişanı olmalı idi Teymurun. Qismət olmadı. Vətəni uğrunda canını fəda etməyi öz gələcəyindən daha üstün tutdu.

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 11 apr — Sputnik. 04 yanvar 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gələn Teymur Qasımov, şəhərin Samux küçəsində yaşayırdı. Mingəçevir İnternat məktəbinin məzunu olan Teymur, eyni zamanda tanınmış idmançı idi.

Şəhid leytenant Cavid Dədəkişiyevin son mənzilə yola salınma mərasimi - Sputnik Azərbaycan
HADİSƏ
İmişlidə izdihamlı dəfn

2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi vətənə xidmət edib. Nəhayət, Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən son döyüşdə şəhid olub.

Mingəçevirdə torpağa tapşırılan qəhrəman Vətən oğlunun dəfn mərasimi böyük izdiham və insan yürüşü ilə müşayət olunub. On mindən yuxarı Mingəçevir sakini şəhidimizi Vətən uğrunda səsləndirilən şüarlarla son mənzilə yola salıb.

Şəhid aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Dəfndə şəhər əhalisi ilə bərabər mərhumun cəbhə və səngər yoldaşları iştirak ediblər. Şəhidin tabutuna bükülən Azərbaycan Bayrağı Teymurun atası Sabir Qasımova təqdim edilib. Fəxri qaravul şəhidin şərəfinə yaylım atəşi açıb.

© Sputnik / Ilham MUSTAFAŞəhid gizir Teymur Qasımovun dəfn mərasimi.
Şəhid gizir Teymur Qasımovun dəfn mərasimi - Sputnik Azərbaycan
1/3
Şəhid gizir Teymur Qasımovun dəfn mərasimi.
© Sputnik / Ilham MUSTAFAAprelin 14-də nişanı olmalı idi Teymurun. Qismət olmadı. Bəy kostyumu yerinə, üçrəngli bayrağa büründü qəhrəman oğul
Aprelin 14-də nişanı olmalı idi Teymurun. Qismət olmadı. Bəy kostyumu yerinə, üçrəngli bayrağa büründü qəhrəman oğul - Sputnik Azərbaycan
2/3
Aprelin 14-də nişanı olmalı idi Teymurun. Qismət olmadı. Bəy kostyumu yerinə, üçrəngli bayrağa büründü qəhrəman oğul
© Sputnik / Ilham MUSTAFAVətən oğlunun dəfn mərasimi böyük izdiham və insan yürüşü ilə müşayət olunub/
Vətən oğlunun dəfn mərasimi böyük izdiham və insan yürüşü ilə müşayət olunub - Sputnik Azərbaycan
3/3
Vətən oğlunun dəfn mərasimi böyük izdiham və insan yürüşü ilə müşayət olunub/
1/3
Şəhid gizir Teymur Qasımovun dəfn mərasimi.
2/3
Aprelin 14-də nişanı olmalı idi Teymurun. Qismət olmadı. Bəy kostyumu yerinə, üçrəngli bayrağa büründü qəhrəman oğul
3/3
Vətən oğlunun dəfn mərasimi böyük izdiham və insan yürüşü ilə müşayət olunub/

Şəhidin keçdiyi döyüş yolu haqda qardaşı Nuran Qasımovla söhbətləşdik. Teymurun barəsində danışarkən, göz yaşlarını saxlaya bilmirdi Nuran. Onun çəkdiyi iztirab sifətinin cizgilərindən oxunurdu.

Teymurla bir yerdə hərbi hissədə işlədiklərini və Teymur üçün son olan döyüşə də birgə getdiklərini dedi: "Aprelin 2-dən 4-nə kimi gedən bütün döyüşlərdə iştirak elədi. Ayın 4-də xəbərimiz olmadı ondan. Erməni postlarını tutmuşduq. Başladıq əsgər və zabitlərimizi axtarmağa-kimlər var, kimlər yoxdu".

Nurlangil əvvəl elə biliblər ki, Teymur itkin düşüb: "Sonra öyrəndik ki, yaralı yoldaşlarına kömək edərkən şəhid olub. Üç gün axtardıq. Postlardan birinin yanında, meşədə onun meyitini tapdıq".

Aprelin 14-də nişanı olmalı idi Teymurun. Qismət olmadı. Bəy kostyumu yerinə, üçrəngli bayrağa büründü qəhrəman oğul. Vətəni uğrunda canını fəda etməyi öz gələcəyindən daha üstün tutdu.

Həmin döyüşlərdə digər mingəçevirli — Adilzadə Adil Kamran oğlu da qəhrəmancasına həlak olub. Onun cənazəsinin alınıb gətirilməsi istiqamətində hazırda tədbirlər görülür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun.

Xəbər lenti
0