BAKI, 8 apr — Sputnik. Rusiya baş naziri Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri aprelin 8-də başa çatıb.
Sputnik-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya hökuməti sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
D.Medvedevi Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər yola salıblar.