BAKI, 8 apr — Sputnik. Latviyanın Media üzrə Milli Şurası Rusiyanın dövlət kanalı — "Rossiya-RTR"-in yayımına qadağa qoyub.
Sputnik xəbər verir ki, "Rossiya-RTR" kanalının yayımı Ukraynaya qarşı nifrət və təhrikedici proqramlar səbəbindən dayandırılıb.
Latviya ərazisində "RTR"in yayımı ilkin olaraq, 6 ay müddətinə dayandırılıb.
Qurumun rəhbəri Aija Dulevska bildirib ki, sözügedən telekanalın martın 18-də efirə getmiş "Bazar axşamı" verilişində Ukrayna əleyhinə səslənmiş fikirlər onların belə bir qərar qəbul etmələrini sürətləndirib.