QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Azərbaycan tərəfi razılaşmaya tam riayət edir

© mod.gov.azMüdafiə nazirliyi
Müdafiə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Müdafiə nazirliyi Sputnik-in sorğusuna cavab verib.

BAKI, 8 apr — Sputnik. Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb. Bu barədə Müdafiə nazirliyinin Sputnik-in sorğusuna göndərdiyi cavabda deyilir.

"Razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir. 

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik  nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır", deyə nazirliyin cavabında bildirilir.

Xəbər lenti
0