QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Elmar Məmmədyarovla Edvard Nalbandyan əl tutub görüşdülər

© REUTERS / Sergei KarpukhinElmar Məmmədyarov və Edvard Nalbandyan
Elmar Məmmədyarov və Edvard Nalbandyan - Sputnik Azərbaycan
Abunə olmaq
MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri Azərbaycan və Ermənistanı dözümlü olmağa çağırdı.

BAKI, 8 aprel-Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyada səfərdədir.

Sputnik-in məlumatına görə, toplantıda XİN rəhbərləri (Qırğızıstan, Qazaxıstan və Rusiya) Dağlıq Qarabağda atəşkəs rejiminin saxlanılmasını dəstəkləyən bəyanatla çıxış ediblər:

"Münaqişə tərəflərini atəşkəsə ciddi şəkildə əməl etməyə və dözümlülük nümayiş etdirməyə çağırırıq".

© REUTERS / Sergei KarpukhinXarici KİV-lər Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla əl tutub görüşməsini bölgədə sülhün əldə olunmasının işarəsi kimi qiymətləndiriblər
Xarici KİV-lər Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla əl tutub görüşməsini bölgədə sülhün əldə olunmasının işarəsi kimi qiymətləndiriblər - Sputnik Azərbaycan
Xarici KİV-lər Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla əl tutub görüşməsini bölgədə sülhün əldə olunmasının işarəsi kimi qiymətləndiriblər

Toplantıda əsas diqqətlər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə ayırılıb.

Xarici KİV-lər Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla əl tutub görüşməsini bölgədə sülhün əldə olunmasının işarəsi kimi qiymətləndiriblər.

Xəbər lenti
0