QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bahar Muradova: Arzu edərdik ki, Rusiyanın təkliflərinə ABŞ da razı olsun

© Photo : APABahar Muradova, Milli Məclis sədrinin müavini
Bahar Muradova, Milli Məclis sədrinin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Vitse-spiker: "Amma bu təkliflər, sadəcə atəşkəsin qorunmasına yox, Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılmasına yönəlmiş təkliflər olmalıdır"

BAKI, 8 aprel-Sputnik. "Rusiya bizə qonşu dövlətdir və münaqişənin tarixi, gedişi və bugünü baxımdan daha yaxındır. Ermənistana daha çox təsir göstərmək imkanı var. Əgər Ermənistan Rusiyanın təkliflərini birtəfərli qaydada qəbul etsə və bu, münaqişənin həllinə yönəlmiş olsa, əlbəttə Azərbaycan bu təkliflərin reallaşmasında maraqlı olar" — Milli Məclis sədrinin müavini Bahar Muradova Sputnik-in "Rusiyanın son vaxtlar birtərəfli şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması problemin həllinə hansısa töhfəsini verə bilərmi" sualının cavabında belə deyib.

Vitse-spiker onu da vurğulayıb ki, bu təkliflər digər həmsədrlərlə razılaşdırıldığı təqdirdə effektli ola bilər. "Amma bu təklifləri münaqişənin həllinə cəlb olunmuş digər ölkələr nə dərəcədə adekvat qarşılayacaqlar, bu barədə konkret fikir söyləmək mümkün deyil. Bu gün regiondakı vəziyyət diktə edir ki, ATƏT-in Minsk qrupu koordinasiya olunmuş şəkildə fəaliyyət göstərsin. Belə olmayacağı təqdirdə hər hansı yaxşı təklif, cəlbedici görünən variant belə təsirli olmaya bilər. Bizim gözlədiyimiz odur ki, hər üç həmsədr dövlət bu məsələyə vahid yanaşma ortaya qoysunlar. Amma bu təkliflər də, sadəcə atəşkəsin qorunmasına yox, Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılmasına yönəlmiş təkliflər olmalıdır" — deyə B.Muradova bildirib.

"RİA Novosti"-nin məlumatına görə, Rusiya və Fransa XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro aralarında baş tutmuş telefon danışığı zamanı Dağlıq Qarabağda vəziyyətin tezliklə normallaşması üçün səylərin birləşdirilməsinə dair razılıq eldə ediblər.

Minsk qrupunun iki həmsədri razılığa gəldiyi təqdirdə bəs nə üçün Amerika tərəfi susur? B.Muradova güman edir ki, görünür S.Lavrovun Bakı səfəri yeni başa çatdığından Amerika tərəfi hələ münasibət bildirməyib.

"Arzu edərdik ki, Rusiyanın fəallaşması fonunda Amerika Birləşmiş Ştatlarının bu təkliflərin reallaşmasına razılığı da olsun. Zaman göstərir ki, hər hansı tərəfin təklifləri həmsədrlər arasında razılıq yaratrmasa, onların arasında rəqabət üçün əsasa çevrilə bilər" — deyə vitse-spiker vurğulayıb.

Xəbər lenti
0