QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ümid edək ki, bu dəfə Ermənistan konstruktiv mövqe nümayiş etdirəcək"

© Photo : http://www.agi.it/Məmməd Əhmədzadə, Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri
Məmməd Əhmədzadə, Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın İtaliyadakı səfiri: "Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına əməl etmək əvəzinə münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atır"

BAKI, 7 apr — Sputnik. "Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon olmaqla, Azərbaycanın 20% ərazisi işğal altına düşüb. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq, işğal olunmuş ərazilərdə mülki azərbaycanlı əhaliyə qarşı qətliam törətdib və bir milyon azərbaycanlını öz torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib".

Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşü - Sputnik Azərbaycan
SİYASƏT
Rusiyadan Qarabağ mesajı: "Məsələnin həllinə çox yaxınıq"

Bu fikirləri Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, cəbhə bölgəsindəki son vəziyyətlə bağlı İtaliyanın "AGİ" xəbər agentliyinə verdiyi müsahibədə səsləndirib. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni tərəfinin təxribatları nəticəsində baş vermiş gərginliyə diqqəti çəkən səfir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsinə, BMT Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun müvafiq sənədlərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin status-kvonun qəbuledilməz olduğu və onun dəyişməsinin vacibliyi kimi bəyanatlarına Ermənistan tərəfindən məhəl qoyulmayıb.

"Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına əməl etmək əvəzinə münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atır. Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etmək üçün beynəlxalq ictimaiyyət Ermənistandan ilk növbədə Azərbaycanın işğal olunmuş bütün ərazilərindən silahlı qüvvələrini çıxartmasını qəti şəkildə tələb etməlidir", —səfir bəyan edib.

Məsələ ilə bağlı Azərbaycan diplomatı Ermənistanı Azərbaycana qarşı davam etdirdiyi təcavüzünə görə sərt şəkildə qınaması və ondan BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsini tələb etməsi üçün İtaliya tərəfinə çağırış edib: "Ümid edək ki, nəhayət bu dəfə Ermənistan baş verənlərdən nəticə çıxaracaq, danışıqlarda konstruktiv mövqe nümayiş etdirəcək və silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxaracaq".

Xəbər lenti
0