BAKI, 6 apr — Sputnik. Azərbaycanın baş naziri Artur Rasizadə və Rusiya baş naziri Dmitri Medvedev arasında telefon danışığı olub.
Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.
“Tərəflər D.Medvedevin Azərbaycana aprelin 8-də baş tutacaq səfərini müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə görüşlərdə iqtisadi, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu daxil olmaqla geniş spektrdə məsələlərə baxılacaq”, deyə məlumatda bildirilir.