QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Angela Merkel Dağlıq Qarabağa görə məsuliyyət daşıdığını bildirib

Abunə olmaq
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Berlinə səfər edib.

BAKI, 6 aprel — Sputnik. Ermənistan prezidenti Serj Sarkisyan bu gün Berlinə səfər edib. O, Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Frank Valter Ştaynmayerlə görüşüb.

Sputnik-in məlumatına görə, Angela Merke görüşdən sonra keçirdiyi brifinqdə deyib ki, Almaniya ATƏT-ə sədrlik edən dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və danışıqların bərpasına görə məsuliyyət daşıyır.

Ştaynmayer isə danışıqlar prosesinin bərpası və qoşunların təmas xəttində monitorinqin aparılmasının vacibliyini bildirib.

Xəbər lenti
0