BAKI, 6 apr — Sputnik. Bu gün bir sıra xarici kütləvi informasiya vasitələrinin nümayəndələri, çəkiliş aparmaq üçün Bakıdan cəbhə bölgəsinə yollanıb. Sputnik xəbər verir ki, KİV nümayəndələri Xarici İşlər Nazirliyinin (XİN) inzibati binasının qabağından, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə avtobusla yola düşüblər.
Heyətin tərkibində Rusiyanın "ORT" televiziyasının, "CBC"-nin, Türkiyənin "Cihan" xəbər agentliyinin, İran televiziyasının Bakı nümayəndəliyinin, "Reuters" agentliyinin nümayəndələri təmsil olunurlar.