BAKI, 5 apr — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 2-nə keçən gecə Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahl qüvvələri tərəfindən atəşə məruz qalıb. Nəticədə mülki əhali arasında ölən və yaralananlar olub.
Həmin gün gedən döyüşlərdə Qazax rayon Aslanbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Orxan Məhəmməd oğlu da şəhid olub. Onun nəşi aprelin 3-də Qazaxda — doğulduğu Astanbəyli kəndində torpağa tapşırılıb.
Bu gün şəhidin 3 mərasimi idi. Mərasimdə mərhumun qohumları, kənd sakinlər ilə yanaşı, Qazax rayonundan seçilən millət vəkili Kamran Nəbizadə, rayon rəhbərliyində təmsil olunan şəxslər, həmçinin Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon filialının sədri Nüsrət Aşurov, Qazax Rayon Könüllü Döyüşçülər Birliyinin sədri İbrahim Qurbanov, Əfqanıstan müharibəsi veteranı Azər Məmmədov və rayonda tanınmış digər şəxslər də iştirak ediblər.