QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Güllə sağ gicgahımdan girib, sol gicgahımdan çıxdı"

© Sputnik / Tarana KhudabakhshiyevaCüdoçu İlham Zəkiyev
Cüdoçu İlham Zəkiyev - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Zəkiyev: "Ordumuzun hazırki vəziyyəti o qədər müsbətdir ki, təkrar əsgər getmək istəyirəm. Xüsusilə Ali Baş Komandanımız İlham Əliyevin və cənab nazirin əsgərlərin arasında olması, onlara dəstək nümayiş etdirmələri hərbçilərimizdə döyüş ruhunun yüksəlməsinə səbəb olur"

Qarabağ döyüşlərində görmə qabiliyyətini itirən, birinci qrup Qarabağ əlili, eyni zamanda cüdo üzrə 2 qat dünya çempionu, 5 dəfə Avropa çempionu, Avropa oyunlarının mükafatçısı İlham Zəkiyev, cəbhədə son günlər yaşanan hadisələr, həmçinin keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Sputnik-lə bölüşüb.

Tərtər - Sputnik Azərbaycan
Tərtərlilərdən bütün Azərbaycana mesaj

- İlham bəy, görmə qabiliyyətinizi itirdiyiniz o günü necə xatırlayırsınız?

— 1998-ci il iyulun 2-də hərbi xidmətə çağırıldım. Hər bir vətən oğlu kimi mən də öz borcumu yerinə yetirmək üçün yollandım hərbi xidmətə. Fiziki göstəricilərimə görə, öz yaşıdlarımdan seçildiyimdən, məni Beyləqan rayonunun kəşfiyyat taboruna seçdilər. Kəşfiyyatçı kimi qulluğumu davam etdirdim. Hətta nümunəvi xidmətimə görə fəxri fərmanla da təltif olundum. 1999-cu ilin 4 fevralında döyüş zamanı düşmənin snayper gülləsinə tuş gəldim. Güllə sağ gicgahımdan girdi, sol gicgahımdan çıxdı. Çox ağır yaralandım. 5 gün koma vəziyyətində yatdım. Hətta həkimlər valideynlərimə demişdilər ki, "gedin hazırlığınızı görün, idmançıdır deyə ürəyi yaxşı işləyir. Çoxlu qan itirib, 4-5 gün ömrü qalıb. Bu cür yaradan sağ qalması mümkün deyil". Amma 5 gün sonra anamın səsinə komadan ayıldım, amma anamı görə bilmədim. Beləliklə evimizə birinci qrup Qarabağ əlili kimi qayıtdım. 19 yaşım hələ tamam olmamışdı. Belə həyata öyrəşmək çətin idi. Valideynlərim, qohumlarım və dostlarımın dəstəyi və köməyi ilə bu həyata uyğunlaşdım. Beləliklə, indi İlham Zəkiyevi dünya tanıyır. İlham Zəkiyev hərbidə vətənə borcunu tam verə bilməsə də, idmanda uğurları ilə bayrağımızı daim ucaldır.

- Sizin uğurunda sağlamlığınızı verdiyiniz Vətən naminə bu gün də qanlar tökülür. Hazırda cəbhə bölgəsində yaşanan toqquşmalarla bağlı nə düşünürsünüz?

Müdafiə naziri Zakir Həsənov - Sputnik Azərbaycan
QARABAĞ
Müdafiə naziri əmr verdi: "Xankəndini vuracağıq"

— Bizim zamanımızdakı hərbi hissələrin vəziyyəti ilə indiki durum arasında çox fərq var. İndiki vəziyyət o qədər yaxşıdır ki, mən özüm əsgər getmək istəyirəm. Həm texnikada, həm geyimlərdə, həm yeməkdə, əsasən də əhval-ruhiyyədə çox dəyişikliklər var. Ali Baş Komandanımız İlham Əliyevin və cənab nazirin əsgərlərin arasında olması və dəstəyi əsgərlərimizdə döyüş ruhunun yüksəlməsinə səbəb olur. Ordumuzdan qələbə gözləyirəm.

- Bu proseslərdən gözləntiləriniz necədir?

— Əlbəttə, böyükdən-kiçiyə hamı müharibəyə hazırdır. 3 gün bizə yetərlidir ki, torpaqlarımızı geri qaytara bilək. Təbii ki, əgər kənardan müdaxilə olmasa. Hamımız yaxşı bilirik ki, biz kimlərlə müharibə edirik. Ermənistanın tək başına bizim kimi güclü ordusu olan dövlətin qarşısında dayanmağa gücü yoxdur. Burada üçüncü qüvvələr var. Amma buna baxmayaraq Qarabağı geri qaytaracağıq.

Xəbər lenti
0