Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Düşmən qərargahının bombalanmasının videogörüntüsü yayıldı

Xəbərlərə abunə olun
Yandex newsTelegram
Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu — polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin komanda-qərargah məntəqəsinin darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın video görüntüsünü yayıb. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib.

Videogörüntüdən aydın olur ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu — polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

 

Xəbər lenti
0