QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Partiya sədrinin qardaşı oğlu şəhid oldu - zabitin nəşini nazir özü gətirir

© Photo : RFE/RLSərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Rasim Məmmədov dünən gecə Goranboy istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə həyatını itirib. 40 yaşlarında olan mərhum mayor batalyon komandiri idi.

BAKI, 4 apr — Sputnik. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və tanınmış vəkil Qurban Məmmədovun qardaşı oğlu, milli ordumuzun zabiti Rasim Məmmədov şəhid olub. Bu barədə Sputnik-ə Qurban Məmmədov məlumat verib.

Azərbaycan silahlı qüvvələrinin tankları. Arxiv şəkli - Sputnik Azərbaycan
Erməni ordusuna daha bir zərbə: düşmənin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib

Onun sözlərinə görə, Rasim Əbdül oğlu Məmmədov dünən gecə Goranboy istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə həyatını itirib. 40 yaşlarında olan mayor R.Məmmədov batalyon komandiri idi. Mərhumun məktəb yaşlı 2 övladı var.

Q. Məmmədov bildirib ki, hazırda mərhumun yaxınları Sərdar Cəlaloğlunun evində toplaşıblar və onun harada dəfn olunması məsələsini müzakirə edirlər. Onun sözlərinə görə, hazırda R. Məmmədov Müdafiə nazirinin müşayiəti ilə ailəsinə təhvil verilmək üçün Bakıya gətirilir.

R.Məmmədovun Bakıda, ya da Naxçıvanda dəfn olunması məsələsi müzakirə olunur. Qeyd edək ki, R.Məmmədovun atası Əbdül Məmmədov birinci Qarabağ müharibəsinin qazilərindəndir.

Xəbər lenti
0