BAKI, 3 aprel-Sputnik. "Qarabağ münaqişəsini yalnız danışıqlar yolu ilə həll etmək mümkündür".
Sputnik-in məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Ollandın bəyanatında bildirilir.
Prezidentin yaydığı kommunikedə deyilir: "Mən Dağlıq Qarabağda baş verənlərdən narahatam və tərəfləri dərhal atəşi dayandırmağa çağırıram. Danışıqlardan başqa yol yoxdur".
Yelisey sarayından yayınlanan bəyanatda 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də xatırlanıb:
"Fransa prezidenti Parisdə hər iki ölkənin başçısını qəbul edərək münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiq edib. İndi ən mühüm olanı atəşin dayandırılmasıdır. Münaqişənin yeganə həll variantı danışıqlardır. Prezident Dağlıq Qarabağda baş vermiş insident nəticəsində mülki əhali arasında qurbanlarla bağlı dərin təəssüf hissi keçirir".