BAKI, 3 aprel-Sputnik. Münaqişənin hərbi yolla həlli yoxdur.
Sputnik-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.
"ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir", — deyə Kerri bildirib.
Kerri münaqişənin hərbi yolla həllinin mümkün olmadığını deyib: "Biz bütün tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Biz bir daha təkrarlayırıq — münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir."