BAKI, 2 aprel-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ cəbhəsində baş verənlərlə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə Vaşinqtondan telefonla zəng edib.
Sputnik Türkiyənin "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib.
Hazırda Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda olduğu bildirilir.