QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Britaniyalı deputat BMT qətnamələrini yerinə yetirməyə çağırıb

© sunnation.co.ukBob Blekmen - Britaniyalı deputat
Bob Blekmen - Britaniyalı deputat - Sputnik Azərbaycan
Abunə olmaq
Bob Blekmen: Erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin edilməlidir.

BAKI, 2 aprel-Sputnik. Böyük Britaniya — Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Bob Blekmen Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəşin pozulması ilə əlaqədar bəyanatla çıxış edib.

Sputnik Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) istinadla xəbər verir ki, britaniyalı deputat uzun müddətdir təmas xəttində gərginliyin artmaqda olduğunu, BMT-nin münaqişə ilə bağlı qətnamələrinin yerinə yetirilməsinin lazım gəldiyini deyib:

"Hazırda cəbhə bölgəsində ağır döyüşlər gedir. Birləşmiş Millətlər Təşkilatı bu məsələyə qarışmalı və özünün Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində göstərildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir".

Xəbər lenti
0