QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Həmsədrlər Qarabağ cəbhəsindəki gərginlikdən narahat olublar

© AzadliqMinsk qrupu həmsədrləri
Minsk qrupu həmsədrləri - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT- in Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıblar.

BAKI, 2 aprel-Sputnik. ATƏT- in Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıblar.

Sputnik ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, həmsədrlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

"Biz gücdən istifadəni sərt şəkildə pisləyirik və mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənirik" — həmsədrlərin yaydığı press-relizdə deyilir.

Həmsədrlər tərəfləri atəşi dayandırmağa və ərazidə vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırlar.

Bəyanatda münaqişənin sülh yolu ilə həllinə alternativ başqa yolun olmadığı bildirilib.

Xəbər lenti
0