QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ATƏT sədri Qarabağda baş verənlərdən narahat olub

© palitranewsATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer
ATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer - Sputnik Azərbaycan
Abunə olmaq
Frank-Valter Ştaynmayer: Dağlıq Qarabağ bölgəsində yaranan gərginliyə tez bir zamanda son qoyulmalıdır.

BAKI, 2 aprel-Sputnik. Dağlıq Qarabağ bölgəsində yaranan gərginliyə tez bir zamanda son qoyulmalıdır.

Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer bildirib.

"Mən bütün tərəfləri atəşkəsə hörmətlə yanaşmağı çağırıram. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Tərəflər siyasi iradə nümayiş etdirməli və Minsk qrupu çərçivəsində danışıqları davam etdirməlidir", — deyə o qeyd edib.

Xəbər lenti
0