QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Su-25 təyyarələrinin Qarabağa gəlməsi qeyri-mümkündür

© Управление пресс-службы и информации министерства обороны РФ / Mediabanka keçidШтурмовик Су-25
Штурмовик Су-25 - Sputnik Azərbaycan
Abunə olmaq
Üzeyir Cəfərov: Bu təyyarələrin Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunacağı barədə fikir Azərbaycana psixoloji təsir göstərmək məqsədi daşıyır.

BAKI, 2 aprel-Sputnik. Mən bəri başdan deyirəm ki, o Su-25-lərin gəlib Qarabağ ərazisinə çıxması qeyri-mümkündür.

Bu fikri Sputnik-ə hərbi ekspert Üzeyir Cəfərov Ermənistanın Su-25 hücum təyyarələrini "Erebuni" aedromunda döyüş hazırlığı vəziyyətinə gətirdiyinə dair KİV-də yayılan xəbəri şərh edərkən deyib.

"Bu 90-cı illər deyil ki, təyyarələr o vaxtkı qarışıqdan istifadə edib gəlib Azərbaycan ərazisində hər hansı narahatçılıq yaratsın. Bu, sadəcə ermənilərin arzularıdır ki, ruslar gəlib ermənilərə kömək edəcək. Əslində bu təyyarələrin ermənilərə heç bir aidiyyatı yoxdur. Bunu Rusiya tərəfi də gözəl bilir. Münaqişəli ərazidə Rusiyanın təyyarəsinin olması mümkün deyil. Ermənistan ona arxayın olub deyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Штурмовик Су-25 - Sputnik Azərbaycan
Su-25 hücum təyyarələri İrəvanın "Erebuni" aerodromuna gətirilib
 Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərində müharibə aparmayıb və aparmaq da fikri yoxdur." — deyə Üzeyir Cəfərov bildirib. 

O ki, qaldı Ermənistanın hərbi-texniki imkanlarına, hərbi ekspertin fikrincə, bu gün Azərbaycanın Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının arsenalında olan hərbi texnika Ermənistanınkından dəfələrlə dəfələrlə güclüdür.

Ü.Cəfərov Rusiyanın Azərbaycana qarşı Ermənistanı dəstəkləyəcəyinə inanmadığını da deyib: "Əgər Rusiya beynəlxalq arenada növbəti problemlə üzləşmək istəmirsə, yəqin ki, bu addımı atmaz. Bu gün həm Rusiyanın prezidenti, həm xarici işlər naziri, həm də müdafiə naziri tərəflərə müraciət edərək silahlı münaqişəni dayandırmağa tövsiyə edib. Əlbəttə daha yaxşı olardı ki, Rusiya Ermənistana müraciət edib bu addımlardan əl çəkməyi məsləhət görərdi. Çünki bu addımlar həm Ermənistanın öz vətəndaşlarının, həm də Azərbaycan vətəndaşlarının həyatı bahasına başa gəlir. Və onlar nə qədər tez Azərbaycan ərazilərini tərk etsələr, müharibə təhlükəsi də olmaz."

Əsgər - Sputnik Azərbaycan
QARABAĞ
MN: Talış kəndi yüksəklikləri və Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib
Ekspert Rusiyanın indiki həssas məqamda öz təyyarələrini Ermənistan tərəfindən havaya qaldıracağını düşünmədiyini bildirib: "Bu çox risqlidir və böyük beynəlxalq qalmaqala səbəb ola, Rusiya üçün əlavə problemlər yarada bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan prezidenti ABŞ-ın vitse prezidenti Co Bayden və dövlət katibi Con Kerri ilə görüşdə bu məsələni qaldırdı.

Düzdür onların hər ikisi bu problemin sülh yolu ilə həllini dəstəklədiklərini bildirdilər. Amma Ermənistan tərəfi Azərbaycan vətəndaşlarına qarşı ağır silahlardan atəş açıb. Azərbaycan tərəfinin də cavabı adekvat olub. Ağdam və Tərtər Azərbaycan əraziləridir və Ermənistanın təmas xəttində vəziyyəti gərginləşdirmək cəhdləri alınmadı. İndi məsələ sırf Dağlıq Qarabağ ərazisinə keçib."

Ü.Cəfərovun fikrincə, bu təyyarələrin Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunacağı barədə fikir Azərbaycana psixoloji təsir göstərmək məqsədi daşıyır.

"Rus pilotların Azərbaycana qarşı nəsə edəcəkləri ağlasığan deyil. Sizcə bu baş versə, Azərbaycan da o təyyarələri vursa, onda Putinlə Şoyqu rus xalqına rus zabitlərin Azərbaycan səmasında niyə vurulduğunu necə izah edəcəklər?! Hər halda Rusiya rəhbərliyi bunu etməyəcək qədər yetkin siyasi təfəkkürə malikdir."- deyə ekspert fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bu gün Su-25 hücum təyyarələrinin İrəvanın "Erebuni" aedromunda döyüş hazırlığına gətirildiyi barədə məlumat yayılıb.

Xəbər lenti
0