BAKI, 2 aprel-Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki son gərginliyi müzakirə ediblər. Azərbaycan prezidenti həmkarına insident ətrafında baş verənlərlə bağlı detallı informasiya verib.