BAKI, 2 aprel-Sputnik. Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
Sputnik Ermənistan Serj Sarkisyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas bu axşam olacaq.
Məlumata görə, hazırda Ermənistanın dövlət başçısı yoldadır və yaxın vaxtlarda onun təyyarəsi İrəvana enəcək.
O, Vaşinqtondan IV Nüvə Təhlükəsizliyi Sammitindən qayıdır. Sarkisyan sammitdə ABŞ prezidenti Barak Obamanın dəvəti əsasında iştirak edib
Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bildirib ki, Sərkisyana Dağlıq Qarabağda Ermənistan-Azərbaycan təmas xəttində baş vermiş gərginliklə bağlı məlumatı yolda olarkən veriblər.
Xatırladaq ki, aprelin 1-2-nə keçən gecədən başlayaraq Ermənistan-Azərbaycan təmas xəttində hərbi vəziyyət gərginləşib. Hər iki tərəfdən canlı qüvvə, hərbi texnika və maddi itkilərin olduğu barədə məlumatlar verilir.