QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyindən Seyran Ohanyana sərt cavab

© Sputnik / Асатур Есаянцминистр обороны Армении Сейран Оганян в Армянском экономическом университете
министр обороны Армении Сейран Оганян в Армянском экономическом университете - Sputnik Azərbaycan
Abunə olmaq
MN: Ermənistan çarəsizlikdən başını itirib.

BAKI, 2 aprel-Sputnik. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ədəb-ərkandan danışdığı halda qeyri-etik ifadələr işlətməsi çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair açıqlamasına cavabında bildirib.

Sputnik Nazirliyin mətbuat xidmətinin məlumatına istinadla bildirilir ki, ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini S.Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır: "Uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünündə zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da S.Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin birisi olmasının göstəricisidir".

Nazirlyin açıqlamasında o da qeyd olunur ki, nazirin açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birisinin hərəkətinə bənzəyir: "Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə acizliyin göstəricisidir. Çünkü ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır. S.Ohanyanın bu fikirlərini psixioloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirilir.

Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar. Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir".

Xəbər lenti
0