Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov da işə qarışdı

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışığı aparıb.

BAKI, 2 aprel-Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan kolleqaları Elmar Məmmədyarov və Edvard Nalbandyanla danışaraq tərəfləri Dağlıq Qarabağda zorakılığa son qoyulması üçün vəziyyətə təsir etməyə çağırıb.

Sputnik xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiya Federasiyası prezidentinin Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatların bərpası ilə bağlı verdiyi reaksiyanı inkişaf etdirərək, eləcə də Rusiya tərəfinin vəziyyətin normallaşdırılması üzrə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarda atdığı addımlar fonunda Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb və zorakılığı dayandırmaq üçün vəziyyətə təsir göstərməyə çağırıb". — deyə RF XİN-in məlumatında bildirilir.

Xəbər lenti
0