Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Kremlin tələbini yerinə yetirdi

© yenicaggazetesi.com.trAlparslan Çelik - Rusiyanın Su-24 qırıcısının pilotunu öldürməkdə günahlandırılan şəxs
Alparslan Çelik - Rusiyanın Su-24 qırıcısının pilotunu öldürməkdə günahlandırılan şəxs - Sputnik Azərbaycan
Abunə olmaq
Rus pilotu öldürən Alparslan Çelik İzmirdə həbs edilib.

BAKI, 31 mart-Sputnik. 2015-ci il noyabrın axırlarında Türkiyənin hava sərhəddini pozduğu üçün vurulan Su-24 Rusiya qırıcısının pilotu Oleq Peşkovu öldürdüyü iddia edilən Alparslan Çelik bir qrup dostu ilə gəldiyi İzmirdə həbs edilib.

Sputnik-in məlumatına görə, Alparslan Çelik İzmir restoranlarının birində yemək yediyi zaman 14 nəfərlə birlikdə saxlanılıb.

Alparslan Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus Su-24 təyyarəsinin paraşütlə xilas olmağa çalışan pilotunu vurması ilə məşhurlaşıb. Çelikin Suriya ərazisindəki Bayır-Bucaq türkmənləri ilə birlikdə Bəşər Əsəd rejiminə qarşı vuruşan qruplardan birinin komandiri olduğu söylənilir.

SU-24 bomber - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Türkiyənin "Su -24"-ü vurmasını qeyri-dostluq əməli adlandırıb
Məlumata görə, Çelik ötən gün 14 türkmən silahdaşı ilə birlikdə İzmir şəhərinə gəlib.

Türkiyə mediasınını yazdığına görə, Alparslan Çelik Rusiya tərəfindən terrorçu elan edilib və RF-nın xüsusi xidmət orqanları tərəfindən izlənilib. Odur ki, onun qəfildən İzmirdə peyda olması və polis tərəfindən saxlanılması müxtəlif mülahizələrə yol açıb.

Polisə Çeliyin də aralarında olduğu 14 nəfər silahlının restoranda əyləşdiyi barədə məlumat daxil olub. Polis dərhal hərəkətə keçib və 14 türkmən döyüşçüsünü həbs edib.

Həbs edilən zaman 14 nəfərlik qrupdan bir "Kalaşnikov" avtomatı, iki tapança, habelə çoxlu sayda patron götürülüb. Qrup üzvlərinin ifadəsini almaq məqsədilə onlar polis idarəsinə aparılıb.
Saxlanılan şəxslərdən Sərxan Qurtuluşun vəkili Sıdık Caner türkmənlərin saxlanılmasının heç bir hüquqi əsası olmadığını bəyan edib.

Rusiya prezidenti Vladimir Putin Ankaranın Su-24 təyyarəsini vurmasını və pilotun öldürülməsini "kürəyə vurulan zərbə" kimi qiymətləndirmişdi. Rəsmi Moskva Türkiyə hakimiyyətindən Çelik və onun silahdaşlarının təcili tapılaraq Peşkovun ölümünə görə cinayət məsuliyyətinə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etmişdi.

Xəbər lenti
0