BAKI, 30 mart — Sputnik. İlk baxışda bir tanka, hətta bir qatara də bənzəyən “Omsktransmash CIIM” adlı bu vasitə əslində 60 ton ağırlığında bir xilasetmə nəqliyyatıdır. Daha çox sənaye sahələrində, məsələn, partlayıcılarla dolu anbarlarda çıxan yanğınları söndürməkdə istifadə edilir.
Sputnik haberler-ə istinadla xəbər verir ki, “Omsktransmash” soyuq müharibə illərində Sovet İttifaqı üçün bir çox güclü tank istehsal edən şirkət olaraq tanınmışdı. Bu tankların ən çox bilinəni isə, T-80 idi.
İlk dəfə 2013-cü ildə Rusiyada beynəlxalq silah sərgisində nümayiş etdirilən xilasetmə vasitəsi keçən il də ilk sifarişlərini almağa başladı.
Bu vasitədən iki ədəd də önümüzdəki günlərdə Rus ordusuna təslim ediləcək. T-72 və T-80 model hərbi tankların parçalarından istifadə edilərək düzəldilən bu maraqlı yanğın söndürmə vasitəsi sürücüsünü də "mənfi xarici faktorlardan" qoruma xüsusiyyətinə malikdir.
Təxminən 30 metr uzunluğunda olan bu xilasetmə vasitəsi yalnız üç nəfərlik bir qrupu daşıya bilir. 25 kubmetr su daşıya bilən bu vasitə 100 metrə qədər uzağa su səpə bilir.