Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyədən bütün növ bitkiçilik məhsullarının idxalına qadağa qoya bilər

CC0 / marijana1 / fruitmeyvə-tərəvəz
meyvə-tərəvəz - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Dankvert: "Düşünürəm ki, biz ya adbaad, ya da hamısına qadağa tətbiq edəcəyik. Çünki müqavilə alınmasa, müzakirə alınmasa, o zaman hamısına qadağa tətbiq etmək lazım gələcək"

BAKI, 30 mart — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Sergey Dankvert Türkiyədən bütün növ bitkiçilik məhsullarının tədarükünə qadağa qoyula biləcəyini deyib. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu proses artıq aprel ayından etibarən başlaya bilər.

"Biz Türkiyədən bitkiçilik məhsullarının idxalına birdəfəlik məhdudiyyət tətbiq etməliyik. Bu, bir ay ərzində baş verə bilər", — deyə Dankvert bildirib.

Onun sözlərinə görə, əvvəllər türkiyəli nümayəndələr qadağaya aid fikir ayrılığı olanda danışıqlara gəlirdilər, indi isə məktub yazmaqla kifayətlənirlər: "Düşünürəm ki, biz ya adbaad, ya da hamısına qadağa tətbiq edəcəyik. Çünki müqavilə alınmasa, müzakirə alınmasa, o zaman hamısına qadağa tətbiq etmək lazım gələcək. Siz ya gələcək və müzakirə edəcəksiniz, ya da öz yolunuzu özünüz seçin. Biz yola gətirməyi bacarmırıq".

Xəbər lenti
0