BAKI, 28 mar — Sputnik. Rusiya təyyarələri üçün Türkiyə səması açılır.
Bu barədə Sputnik milliyet-ə istinadla xəbər verir.
Ötən ayın əvvəllərində Rusiya Beynəlxalq Açıq Hava Sazişi çərçivəsində Rus təyyarəsi An-30B-nin Türkiyə üzərində müşahidə uçuşu həyata keçirməsini istəmişdi. Türkiyə 2-5 fevral tarixləri arasında uçuşun marşrutunda razılaşma əldə edilmədiyi üçün icazə verməmişdi.
Hazırda isə həmin uçuş üçün icazə verildiyi bildirilir.