Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO qırıcıları Şoyqunun təyyarəsinin 2 kilometrliyindən uçub

© Sputnik / Евгений Биятов / Mediabanka keçidИстребитель F-22 ВВС США. Архивное фото
Истребитель F-22 ВВС США. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Müdafiə Nazirliyi Qərb regionlarındakı hərbi kontingentini qaydaya salır.

BAKI, 28 mar — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqunu Baltik dənizinin neytral suları üzərindən Kalininqrada uçuşu zamanı Rusiyanın Su-27 təyyarələri müşayiət edib. Onun 2 kilometrliyindən isə NATO-nun Eurofighter qırıcıları uçub.

Sputnik-in məlumatına görə, bu barədə RİA Novosti-nin hadisə yerində olan müxbiri xəbər verib. 

Onun sözlərinə görə, NATO-nun hərbi təyyarələri Rusiya müdafiə nazirinin təyyarəsinə yaxınlaşmayıb. Şoyqunun təyyarəsi lazım olan yerdə yerə enib və o, planlaşdırılan səfərini reallaşdırıb. 

Şoyqunun Kalininqrad vilayətinə — Rusiyanın Avropanın lap mərkəzindəki anklavına — səfəri işçi xarakter daşıyır.

Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirin səfərinin məqsədi Kalininqraddakı rekonstruksiya edilmiş Çkalovsk hərbi aerodromundakı və Uşakov adına Baltik hərbi-dəniz institutundakı vəziyyəti yoxlamaq, həmçinin komandanlığın məruzələrini dinləməkdir. 

Şoyqu daha əvvəl ABŞ və NATO silahlı qüvvələrinin Ukraynadakı gərgin vəziyyətlə bağlı Şərqi Avropada “görünməmiş” şəkildə fəallaşdığını bəyan etmişdi. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyi Kalininqrad vilayətindəki və digər regionların Qərb hərbi dairələrindəki hərbi kontingentini qaydaya salır. 

Xatırladaq ki, bu gün Şoyqunun təyyarəsinin NATO qırıcıları tərəfindən izləndiyi və mühasirəyə alındığı barədə xəbərlər yayılmışdı.

Xəbər lenti
0