BAKI, 27 mar — Sputnik. Rusiya, Azərbaycan v İran xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərifin Bakıda mümkün görüşü aprelin əvvəlinə nəzərdə tutulub.
APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin bildirib.
Q. Karasin xarici işlər nazirlərinin göstərilən tarixdə görüşü üzərində işlənildiyini nəzərə çatdırıb.
Qeyd edək ki, martın 24-də Rusyia Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova bildirib ki, S. Lavrovun Bakıya səfəri üzərində iş gedir və səfərin konkret S. Lavrovun azərbaycanlı həmkarı müəyyənləşdirəcək.