BAKI, 24 mar — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir.
Sputnik-in RIA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Hazırda səfər üzərində iş gedir. Səfərin tarixi və müzakirə olunacaq məsələlər Azərbaycan tərəfi ilə dəqiqləşdirilir. Dəqiqləşmə aparılandan sonra əlavə məlumat veriləcək".