Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib

Abunə olmaq
Prezident İlham Əliyev Rostovda baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya dövlət başçısına başsağlığı verib.

BAKI, 19 mar — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Sputnik-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Rostov-Don aeroportunda “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Xəbər lenti
0