BAKI, 19 mar — Sputnik. Rostov hava limanında qəzaya uğramış Boeing 737-800 təyyarəsinin göyərtəsində olan bütün şəxslər həlak olublar. Bu barədə RİA Novosti-yə bölgənin fövqəladə xidmət qurumunda məlumat veriblər.
Dubaydan uçan Fly Dubai şirkətinin layneri pis görünüş şəraitində enərkən uçuş zolağının solunda yerə çırpılıb. Təyyarə yerə çırpılarkən partlayıb.
Təyyarədə 61 nəfər olub: 55 sərnişin və 6 heyət üzvü. İlkin məlumatlara əsasən, sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşı olub.
Hadisə yerində Rusiya FHN-in briqadaları işləyirlər. Rusiya FHN hadisə ilə bağlı "qaynar xətt" açıb.