BAKI, 17 mart – Sputnik. İranda internet saytlara nəzarət edən xüsusi xidmət orqanı Rusiyanın dünyaca məşhur “yandex.com” portalına ölkə içərisində girişi əngəlləyib. Buna səbəb sözügedən saytın İslam dəyərlərinə cavab verməməsidir.
Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi də təsdiqləyib.
Xəbərə görə, "Yandex" rəhbərliyi saytın İranda bağlanmasını inkar etməsə də, bunun "mərkəzləşdirilmiş" qaydada edildiyinə və ümumiyyətlə İran hakimiyyətinin etdiyinə dair sübutu yoxdur.
Qeyd edək ki, 2015-ci ilin oktyabrında İranın səlahiyyətli dövlət orqanları tərəfindən "Yandex"in bağlanması məsələsi Rusiyanın uyğun qurumları qarşısında qaldırılıb.
İnternet şirkətinin rəhbərliyi problemlə bağlı Rusiyanın İrandakı səfirliyinə, İslam Respublikasının telekommunikasiya və rabitə üzrə nəzarət qurumuna yazılı müraciət edib.