BAKI, 15 mart – Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu 2015-ci ilin sentyabrından bu yana rus hərbi hava qüvvələrinin Suriyada həyata keçirdiyi əməliyyatların nəticəsini açıqlayıb.
10000 kvadrat kilometrlik sahəni əhatə edən 400 yaşayış yerinin müxaliflərdən təmizləndiyini bildirən Şoyqu, Latakiya-Hələb yolunun döyüşçülərdən xilas edildiyini söyləyib.
Əməliyyatların başladığı gündən bu yana rus hava qüvvələrinin 9000 sorti reallaşdırdığını deyən Şoyqu, cihadçıların əlindəki torpaqlara havadan və dənizdən mənzili 1500 kilometr olan raketlər atıldığını bildirib.
Rusiyanın müdafiə naziri, müxaliflərin əlindəki 209 neft müəssisələrinin darmadağın edildiyini, 3000 neft tankerinin yararsız hala salındığını qeyd edib.
Sergey Şoyqu Rusiyadan Suriyaya döyüşmək üçün gedən 2000 nəfərə yaxın mücahidin isə öldürüldüyünü açıqlayıb.