BAKI, 10 mart — Sputnik. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin sabah Ermənistana iki günlük işgüzar səfər edəcək. Sputnik Arminfo-ya istinadən xəbər verir ki, bu haqda dumanın saytında məlumat yayılıb.
Xəbərə görə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının sədri olan Sergey Narışkin Yerevanda assambleyanın iclasını keçirəcək. Yığıncaqda "terrorçuluğa qarşı mübarizə"yə dair məsələ müzakirə olunacaq.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Rusiya daxildir.