BAKI, 2 mar – Sputnik. Rusiyanın Cənub Hərbi Dairəsinin motoatıcı briqadasının 2 mindən çox hərbçisi Dağıstanın dağlıq ərazisində hərbi təlim keçirəcək.
Sputnik “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, martın 2-dən Hərbi Dairənin Çeçenistanda yerləşən motoatıcı briqadasına məxsus hərbi texnika və hərbiçilər Dağıstandakı poliqondadır.
Bu ayın ortalarında isə döyüş atıcılığı ilə taktiki təlim keçirilməsi planlaşdırılıb.