Jurnalistlərin diqqətinə!
Martın 3-də 12:00-da Sputnik Beynəlxalq mətbuat mərkəzində "Rusiya və Azərbaycan: humanitar sahədə qarşılıqlı fəaliyyət" mövzusunda Moskva-Bakı videokörpüsü keçiriləcək.
Rus dili ənənəvi olaraq postsovet məkanında millətlərarası ünsiyyət dilidir. Birlik ölkələrinin gənclərinin çoxu Rusiya ali məktəblərində təhsil almaqda maraqlıdır. Bununla bağlı olaraq MDB ölkələrində rus dilində təhsilə dəstək verilməsi və təbliği xüsusi əhəmiyyət kəsb etməyə başlayır.
Tədbir çərçivəsində Azərbaycanda rus dilinin təbliği proqramlarından, rus ədəbiyyatı və mədəniyyətinin populyarlaşdırılmasından, Azərbaycan gənclərinin Rusiya ali məktəblərinə daxil olması qaydalarının sadələşdirilməsindən, 2016-cı ildə reallaşdırılacaq yeni birgə Ruiya-Azərbaycan humanitar layihələrindən söz açılacaq.
İştirakçılar:
Moskvada – Federal MDB, xaricdə yaşayan soydaşlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə agentliyinin (Rossotrudniçestvo) Təhsil və elm sahəsində əməkdaşlıq idarəsinin rəisi Vadim Çexa.
Bakıda – Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev; Milli Məclisin deputatı, Azərbaycandakı Rus icmasının sədri Mixail Zabelin; Rossotrudniçestvo-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov.
Əlaqə:
Sputnik Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə
Telefonlar: 539-98-21, 539-98-23/24
e-mail: i.velizade@rian.ru