BAKI, 2 mart-Sputnik. Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Moskva-Gəncə və Moskva-Lənkəran aviareyslərini təxirə salıb.
Sputnik APA-ya istinadla xəbər verir ki. bu barədə məlumat "Yandex" axtarış sistemində yerləşdirilib. Məlumata görə, buna səbəb Rusiyanın paytaxtında hava şəraitinin kəskin pisləşməsi olub.
Moskva-Gəncə aviareysinin saat 10:00-da, Moskva-Lənkəran aviareysinin isə saat 08:20-də yerinə yetirilməsi nəzərdə tutulmuşdu.
Moskvada hava şəraitinin kəskin pisləşməsi səbəbindən ümumilikdə 100-ə yaxın aviareys təxirə salınıb.