Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın 3 aviaşirkəti Azərbaycana uçuşlar üçün icazə alıb

© airplane-pictures.net"Komiaviatrans" aviaşirkətinin təyyarəsi
Komiaviatrans aviaşirkətinin təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"YuTeyr", "Taymır" və "Komiaviatrans" aviaşirkətlərinin təyyarələri Bakıya və Lənkərana uçuşlar təşkil edəcəklər.

BAKI, 1 mart-Sputnik. Rusiyanın 3 aviadaşıyıcısı iki marşrut üzrə Azərbaycana reyslərin həyata keçirilməsi üçün icazə alıb.

Sputnik Trend-ə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin saytı yayıb.

"YuTeyr" aviaşirkəti həftədə 4 dəfə olmaqla Kazan-Bakı mütəmadi sərnişin reyslərinin yerinə yetirilməsi üçün icazə alıb.

"Taymır" aviaşirkəti həftədə 1 dəfə olmaqla Kazan-Bakı uçuşlarının icrası üçün icazə alıb.

"Komiaviatrans" aviaşirkəti isə həftədə 2 dəfə olmaqla Yekaterinburq-Lənkəran marşrutu üzrə reyslərin təşkili üzrə icazə alıb.

Xəbər lenti
0