BAKI, 29 fev-Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkənin iri neft şirkətlərinin rəhbərləri ilə görüşəcək.
Bu barədə Sputnik "Vedomosti" qəzetinə istinadən xəbər yayıb.
"Belə bir görüşə hazırlıq gedir", — deyə Putinin müşaviri Dmitri Peskov bildirib.
Peskov, görüşün tarixini açıqlamaqdan imtina edib.
Qəzetin dövlətə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, görüşün konkret gündəliyi məlum deyil. Lakin görüş zamanı dünyanın neft bazarındakı vəziyyətin müzakirə olunacağı gözlənilir.
Görüş iştirakçılarının, həmçinin OPEK-lə razılaşma əldə olunacağı təqdirdə neft hasilatının dondurulmasını müzakirə edəcəkləri bildirilir.