BAKI, 25 fev-Sputnik. Rusiya Federasiyasının Ermənistanla hərbi-texniki əməkdaşlığı şəffafdır və bütün beynəlxalq öhdəliklərə uyğundur.
Sputnik-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Biz artıq sözügedən informasiya ilə bağlı diplomatik kanallar vasitəsilə Azərbaycana məlumat vermişik. Rusiya Ermənistanla müttəfiqlik münasibətindədir və bu münasibətlər həm də hərbi-texniki baxımdam inkişaf edir" — deyə Zaxarova bildirib.
O deyib ki, Rusiya tərəfindən Ermənistana və dost Azərbaycana istənilən silah tədarükü regionda sabit vəziyyətin saxlanılmasının vacibliyi nəzərə alınmaqla dəqiq həyata keçirilir.
Rusiya silah tədarükü məsələlərində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hər zaman riayət edir, RF qanunvericiliyində möhkəmləndirilmiş milli ixrac nəzarət sisteminin sərt çərçivələri üzrə hərəkət edir. Sonuncu yekun istifadəçinin sertifikatının formalaşdırılmasını nəzərdə tutur.
Ermənistan mətbuatının "Rusiya XİN Azərbaycanın notasını iki suveren dövlətin işlərinə qarışmaq cəhdi hesab edirmi" sualına cavabında M.Zaxarova deyib ki, istənilən qonşu ölkənin bir-birinə yaxın ölkələrin hansı mövqedən çıxış etmələri barədə maraqlanmağa hüququ var. Hərbi-texniki əməkdaşlıq məsələsində də şəffaflıq gözlənilməlidir. "Buna görə də biz hər zaman Azərbaycan tərəfinə diplomatik kanallar vasitəsilə bütün zəruri məlumatları təqdim edirik".
Zaxarova qeyd edib ki, Rusiya XİN-ə Azərbaycanın bu ölkəyə verdiyi notanın əsli daxil olmayıb.