QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalı hadisələrində təqsirli bilinən 39 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

© Official website of President of Azerbaijan RepublicXocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi. Arxiv şəkli
Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə yaratdığı İstintaq Qrupu Xocalı hadisələrində təqsirli bilinənlər barədə məlumat yayıb.

BAKI, 24 fev — Sputnik. Xocalı hadisələrində təqsirli bilinən 39 nəfər barəsində qətliam və digər ağır maddələrlə məhkəmələr tərəfindən həbs-qətimkan tədbiri seçilib, onlar axtarışa verilib.

Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə yaratdığı İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov deyib.

O qeyd edib ki, axtarışa verilənlər arasında müxtəlif millətlərdən olan şəxslər var.

"Axtarışa verilənlər arasında Xankəndi və Əsgəran polis idarəsinin əməkdaşları da var”, — deyə Xəlilov bildirib.

Ə. Xəlilov əlavə edib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0