Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Suriyada oyunçu dövlətlərlə yanaşı, dövlət olmayan oyunçular da var

© REUTERS / SANA/Handout via ReutersSuriyada bombardmandan sonrakı dağıntılar
Suriyada bombardmandan sonrakı dağıntılar - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Ankara nəinki Suriya, heç PYD məsələsində belə öz müttəfiqi ABŞ-la ortaq məxrəcə gələ bilmir.

BAKI, 23 fev — Sputnik. "Suriyada atəşkəs elan edilməsi və buna əməl olunması çox çətindir". Bunu Sputnik-ə açıqlamasında Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl deyib.

Toğrul İsmayıl öz fikirlərini Rusiya və ABŞ-ın regional gücləri nəzərə almaması ilə əsaslandırıb:

© şəxsi facebook səhifəsindənToğrul İsmayıl, politoloq
Toğrul İsmayıl, politoloq - Sputnik Azərbaycan
Toğrul İsmayıl, politoloq

"Məsələ orasındadır ki, atəşkəs qərarını ABŞ ilə Rusiya ikisi öz aralarında veriblər. Bölgədəki regional güclər, o cümlədən də Suriyanın içindəki qüvvələr ciddiyə alınmayıb. Ona görə də bucür atəşkəsin uğurlu olacağını zənn etmirəm. Bundan əvvəl Ukrayna ilə bağlı Minskdə atəşkəs sazişi imzalanmışdı. Düzdür, ora Suriya kimi qarışıq deyil ancaq yenə də atəşkəsə nəzarət etmək imkansızdır. Suriyada isə ümumiyyətlə imkansızdır. Əgər tərəfləri qane edəcək, bölgədəki gücləri bir araya gətirəcək razılıq təmin olunmazsa atəşkəsdən danışmaq yersiz olar".

Rusiyanın Suriyada tərəf kimi çıxış etməsi sülhü çətinləşdirir deyən politoloq daha sonra qeyd edib:

"Rusiya İŞİD-lə mübarizə adı altında Suriyada varlığını sürdürür ancaq, Moskva özü bir tərəfdir. Gördüyümüz odur ki, Rusiya Bəşər Əsədin yanında yer alaraq müxalifləri bombalamaqla məşğuldur. Belə olanda, Kremlin aldığı qərar sadəcə bir tərəfi bağlayar. Moskvanın əsas məqsədi oradakı varlığını qorumaqdır, Latakiyada yerləşən hərbi bazasını mühafizə etməkdir. Çünki Rusiya öz varlığını hərbi varlıq olaraq görür. Bunları biz Krımda, Ermənistanda görə bilirik. Rusiya iqtisadiyyatı cazibədar olmadığı üçün bu üsulla öz varlığını davam etdirə bilmir. Ona görə də hərbi üsullara əl atır. Çünki bacardığı ən yaxşı şey budur".

Toğrul İsmayıl, türk hökuməti və müxalifətinin nə əvvəl nə də indi Suriya ilə bağlı konkret siyasət izləyə bilmədiyini də deyib:

"İstər Türkiyə hökuməti, istərsə də müxalifəti əvvəlcədən Suriya ilə bağlı doğru strategiya izləyə bilmədi. Bugün də həmçinin. Ankara nəinki Suriya məsələsi, heç PYD məsələsində belə öz müttəfiqi ABŞ-la ortaq məxrəcə gələ bilmir. Burda problem tək hökumətdən qaynaqlanmır, ölkə içindəki siyasi elitlər arasında fikir ayrılıqlarının olması da atılası addımlara mənfi təsir edir".

Mövzu ilə bağlı Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri politoloq Yusuf Çınar da Sputnik-ə açıqlama verib.

Politoloq, ABŞ və Rusiya arasında əldə olunan atəşkəslə bağlı bunları deyib:

© Photo : Şəxsi arxivindənYusuf Çınar - Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq
Yusuf Çınar - Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq  - Sputnik Azərbaycan
Yusuf Çınar - Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq

"Cenevrə danışıqları da daxil olmaqla Suriya böhranını sona çatdırmaq üçün bir neçə dəfə cəhdlər edilib, yığıncaqlar keçirilib. Lakin bu yığıncaqların heç birindən bir nəticə əldə olunmayıb. Bunun başlıca səbəbi, Suriyada çoxlu sayda oyunçuların olmasıdır. Suriyada oyunçu dövlətlərlə yanaşı, dövlət olmayan oyunçular da var. İŞİD, Əl-Nusra, PYD və s. bura əlavə edə bilərik. Bugünkü atəşkəs dövlətlər arasında imzalanıb, dolayısı ilə silahlı qrupları maraqlandırmır. Hətta dövlətlər belə bəzən atəşkəsə uymur. Ona görə də, müxalif ordunun, xüsusilə də Fəth və Nusra güclərinin atəşkəsi tanımaması məni təəccübləndirmir. Oyunçu dövlətlərdən savayı, bölgədə bu qədər qrupların mövcud olması həll variantının daha çox müharibədə axtarılmasına səbəb olacaq. Silahlı dəstələr vuruşmağa davam etdikcə, dövlətlər də buna ağır silahlarla cavab verdikcə Suriyada bölünmələr daha da artacaq".

Xəbər lenti
0