BAKI, 22 fev — Sputnik. Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar.
Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.
Məlumata əsasən, sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb.
Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, yaxın saatlarda ABŞ-ın dövlət katibi Con Kerrinin imzalanmış sazişə dair açıqlaması gözlənilir.